Seçiciləri Mirələmovdan üz döndərib
21-09-2015, 12:09
Yazıçı-deputat Hüseynbala Mirələmov yenə mandat eşqinə düşüb.
TİA.AZ-ın məlumatına görə, qalmaqallı “1001 gecə” restoranının sahibi 33 saylı Xətai 1-ci Seçki Dairəsindən deputat seçilib. Bu ilki seçkilərdə də həmin dairədən hakim partiyanın namizədidir.
Seçicilər isə onun yenidən namizəd olmasına etiraz edir. Onlar seçki məntəqələrində onun adına bülleten atmayacaqlarını söyləyiblər. Çünki seçicilərin problemlərinə qarşı biganə yanaşıb.
Bir müddət əvvəl deputatın qardaşı oğlu “1001 gecə” restoranında silahla bir nəfəri öldürüb, bir neçə nəfəri isə yaralamışdı. H.Mirələmov mətbuata açıqlamasında həmin restoranın ona məxsus olduğunu təsdiqləmişdi.
Metal Konstruksiyalar Zavodu da Mirələmova məxsus imiş. Sadəcə olaraq millət vəkili olduğu üçün bu biznesini öz adına yox, bacısı uşaqlarının adına sənədləşdirib və oranın idarə olunmasını da məhz bacısı uşaqlarına həvalə edib.
Yenicag.az yazıb ki, onun Xətai rayonu ərazisində bir neçə obyekti də var. Deputatın Səbail rayonu ərazisində də bir neçə iri müəssisəsi fəaliyyət göstərir. MM üzvü həmin yerləri xarici şirkətlərə aylıq icarəyə verib. Hüseynbala Mirələmovun ən ciddi rəqibi Müsavat başqanı Arif Hacılıdır.