Daha 50 erməni ailəsi Azərbaycana gəlmək istəyir

21-09-2015, 13:23           

Hüquq müdafiəçisi Novella Cəfəroğlunun köməyi ilə Azərbaycana qaçan Ermənistanın müxalif “Milli azadlıq hərəkatı” ictimai birliyinin rəhbəri Vahan Martirosyan 50-dən çox erməni ailəsinin Azərbaycana gəlmək istədiyini bildirib.

Bu haqda Modern.az saytına hüquq müdafiəçisi Novella Cəfəroğlu məlumat verib.

O deyib ki, ermənilər Azərbaycana gəlməklə Serj Sərkisyan rejiminə etiraz nümayiş etdirirlər: “Vahan Azərbaycandan siyasi sığınacaq istədi, ölkəmiz də ona müsbət cavab verdi. Onu da deyim ki, ermənilərin Azərbaycana gəlişi təkcə iqtisadi çətinliklərlə bağlı deyil. Sadəcə, ölkələrindəki siyasi rejim insanlara rahat yaşamağa imkan vermir. Ona görə də bizim ölkəyə üz tuturlar. İqtisadi çətinlikləri olanlar isə daha çox Rusiyaya gedir”.

Novella Cəfəroğlu bildirib ki, Vahan Martirosyanla mütəmadi görüşür: “Azərbaycanda olmaqdan məmnundur və qaldığı şəraitdən də çox razıdır”.

Vahan Martirosyanın üçüncü ölkəyə getmək fikrinin olub-olmamasına gəlincə, Novella Cəfəroğlu deyib ki, bu barədə fikir mübadiləsi aparmayıblar: “Bununla bağlı məsələni o özü həll edəcək. Hələ ki ailəsi ilə birlikdə Azərbaycandadır”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.