Əli Əliyev İsa Qəmbərə rəqib oldu

22-09-2015, 10:49           
Əli Əliyev İsa Qəmbərə rəqib oldu
“Azadlıq-2015" seçki blokunun həmtəsisçisi olan Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev parlament seçkilərində mübarizə aparacağı dairəni müəyyənləşdirib. Partiyanın mətbuat xidmətindən verilən xəbərə görə, VİP sədri öz namizədliyini 15 saylı Yasamal birinci seçki dairəsindən irəli sürüb. Sentyabrın 21-də blokun səlahiyyətli nümayəndələri Əli Əliyevin seçki sənədlərini 15 saylı Yasamal birinci seçki dairəsinə təqdim ediblər.

Qeyd edək ki, Əli Əliyev 2010-cu il parlament seçkilərində də 15 saylı Yasamal birinci seçki dairəsindən deputatlığa namizəd olub.

Hazırda isə həmin dairədən Müsavat Partiyası sabiq başqan İsa Qəmbərin, YAP Bayram Aslanovun, AMİP Elşən Mustafayevin namizədliyini irəli sürüb. Dairənin indiki deputatı Etibar Hüseynovdur. Onu da bildirək ki, bu şəxslərdən istisna olmaqla, hamısı 2010-cu ildəki seçkilərdə də 15 saylı dairədən namizəd idilər.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.