5.344.431 ədəd bülleten çap ediləcək - MSK bəzi DSK-lara da dəyişiklik elədi

23-09-2015, 21:50           
5.344.431 ədəd bülleten çap ediləcək - MSK bəzi DSK-lara da dəyişiklik elədi
Bu gün Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib.

teref.az xəbər verir ki, əvvəlcə Komissiyanın 18 sentyabr və 19 sentyabr 2015-ci il tarixində keçirilmiş iclaslarının protokolları təsdiq edilib. Sonra Azərbaycan Respublikasının Milli Məclisinə 2015-ci il noyabrın 1-nə təyin edilmiş seçkilərlə əlaqədar seçki bülletenlərinin mətni və forması təsdiq edildi, ümumilikdə 5344431 (beş milyon üç yüz qırx dörd min dörd yüz otuz bir) seçki bülleteninin mətbəə üsulu ilə hazırlanması qərara alınıb.


Komissiyanın iclasında 2015-ci il noyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Müsavat Partiyası, Azərbaycan Milli Demokrat Partiyası, Ana Vətən Partiyası və "AZADLIQ-2015” siyasi partiyalar bloku tərəfindən təqdim olunmuş səlahiyyətli nümayəndələrin qeydə alınması məsələsinə baxılaraq, qeydə alınıb.

MSK-nın qərarı ilə bəzi seçki dairələri dairə seçki komissiyalarının tərkibində də dəyişikliklər də edilib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.