Sabiq deputat Əhəd Əhmədov YAP-ın siyasətinə qarşı

24-09-2015, 00:16           
Sabiq deputat Əhəd Əhmədov YAP-ın siyasətinə qarşı
Sabiq YAP-çı deputat Əhəd Əhmədov yenidən noyabrın 1-də keçiriləcək parlament seçkilərinə qatılmaq niyyətindədir.

Modern.az-ın məlumatına görə o, artıq 80 saylı İmişli-Beyləqan seçki dairəsindən namizədliyini irəli sürüb. Halbuki, Yeni Azərbaycan Partiyasının İcra katibi Siyavuş Novruzov açıqlama vermişdi ki, partiya qərarına zidd olaraq özbaşına şəkildə kim namizədliyi irəli sürsə o, partiya üzvlüyündən xaric ediləcək və ciddi tədbir görüləcək. Əhəd Əhmədov isə buna məhəl qoymadan namizədliyini verməkdə və seçkilərə iştirak etməkdə israrlı görünür.

Məlumat üçün bildirək ki, 80 saylı İmişli-Beyləqan seçki dairəsindən deputat Çingiz Qənizadə də növbəti dəfə namizədliyini irəli sürüb. Deputat saytımıza açıqlamasında, artıq sənədlərini Dairə Seçki Komissiyasına təqdim etdiyini də bildirmişdi.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.