Bakıya gələn erməni turist əlində xəritə ilə paytaxt sakinlərindən şəhərin gəzməli yerlərini soruşur. İnterAz xəbər verir ki, sosial şəbəkələrdə yayılan bu video təcrübə xarakteri daşıyır. Əslində azərbaycanlı olan gənc, Bakıda əlində xəritə ilə özünü Erməni vətəndaşı kimi qələmə verərək sakinlərdən İçəri Şəhərin yerini soruşur. Söhbət əsnasında Azərbaycan –Ermənistan münasibətləri barədə sual verən “erməni turist” Bakı sakinlərinin gözlənilməyən reaksiyaları ilə qarşılaşır. Bu sosial eksperiment Erməni mediasında da kifayət qədər rezonans yaradıb. [media=https://www.youtube.com/watch?t=73&v=EkOZ-iksZqw]