Siyahıda olmayan YAP-çı namizədlər kimdir?

30-09-2015, 10:34           
Siyahıda olmayan YAP-çı namizədlər kimdir?
YAP-ın bir sıra üzvü müstəqil şəkildə deputatlığa namizəd olub.

Axar.az Mərkəzi Seçki Komissiyasının rəsmi saytına istinadən onların siyahısını hazırlayıb.

Hakim partiya namizədlər siyahısından kənar YAP üzvlərinə seçkiyə qatılmamaq haqda xəbərdarlıq edib. Amma buna əməl etməyib öz təşəbbüsü ilə seçkilərə gedənlər var.

Məsələn, 59 saylı Salyan Seçki Dairəsindən Çörək ASC-nin direktoru Yusif Ələkbərovun, 81 saylı Beyləqan Seçki Dairəsindən Rəşad Əliyevin, 87 saylı Ağsu-İsmayıllı Seçki Dairəsindən “Real Press” qəzetinin baş redaktoru Raqif Əsgərovun namizədliyi artıq qeydə alınıb.

Həmçinin 41 saylı Sumqayıt I Seçki Dairəsindən Azərsutəchizat tikinti ASC sədri Mirzəcan Xəlilov, 62 saylı Saatlı Seçki Dairəsindən Minayə Əliyeva, Su tikinti ASC-nin hüquqşunası Vidadi Məmmədov, fiziki şəxs Vüqar Nuriyev YAP üzvü olan namizədlərdir.

Eyni zamanda 109 saylı Balakən Seçki Dairəsindən Məmməd Xanayev, 112 saylı Qax Seçki Dairəsindən Hacıxan İsgəndərov, 66 saylı Biləsuvar Seçki Dairəsindən Qəmbərəli Bağırov hakim partiyanın namizəd siyahısında yer almayan deputatlığa iddialı YAP-çılardır.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.