Fikrət Fəraməzoğlu imzatoplama kampaniyasını başa çatdırdı

2-10-2015, 15:53           
Fikrət Fəraməzoğlu imzatoplama kampaniyasını başa çatdırdı
"Hazırda əlimizdə 550 insanın imza verdiklərini təsdiq edən öz dəsti-xəttləri ilə yazdıqları sənəd var"

Xəbər verdiyimiz kimi, JAM.AZ saytının baş redaktoru Fikrət Fəraməzoğlu noyabrın 1-də keçiriləcək parlament seçkilərində iştirak edəcək. Bununla bağlı baş redaktor 72 saylı Yardımlı-Masallı Seçki Dairəsindən nazmizədliyini irəli sürüb. Sentyabrın 26-dan etibarən ilkin imzaların yığılmasına start verən Fəraməzoğlu dünən imzatoplama kampaniyasını başa çatdırıb.

JAM.AZ-a açıqlama verən baş redaktor bildirib ki, tələb olunan 450 imzanın hamısını toplayaraq dünən DSK-ya təqdim edib. O bildirib ki, ümumilikdə 11 imza vərəqi götürüb və 550 imza toplayaraq, təqdim edib. "Öncəliklə bizə imza verən hər kəsə dərin təşəkkürümü bildirirəm. İmzatoplama kampaniyasını uğurla başa çatdırdıq və tələb olunan 450 imza yerinə, 550 ədəd imza yığaraq DSK-ya təqdim etdik".

Fəraməzoğlu "2010-cu ildəki kimi yenə də sizi seçkiyə buraxmaya bilərlərmi" sualına cavab olaraq bildirib ki, belə bir addımın atılması seçkilərin indidən saxtalaşdırıldığını demək olardı. "Əvvəla, Azərbaycanda namizədinm qeydiyyata alınması üçün nəzərdə tutulan bütün tələblər tərəfimizdən yerinə yetirilib. Zəruri olan imzalar da toplanıb. Təbii ki, mənim seçkidə iştirakımı istəməyənlər də var. Onlar çalışacaqlar ki, müxtəlif bəhanələrlə istəklərinə nail olsunlar. Amma biz də tədbirliyik və bəzi addımlar atmışıq. Məsələn, bizə imza verən şəxslər təkcə imza vərəqələrinə deyil, həm də öz dəsti-xəttləri ilə bizə imza verdiklərini ayrıca kağızda təsdiqləyiblər. Yəni, yerli DSK həmin imzaların saxta olduğunu deyə bilməyəcək. Hətta vətəndaşların imzalarını geri götürməsi üçün ərizə almaları da mümkün olmayacaq. Hazırda əlimizdə 550 insanın imza verdiklərini təsdiq edən sənəd var".












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.