Tənzilə Rüstəmxanlının namizədliyinin qeydə alınmamasının SƏBƏBİ

2-10-2015, 20:19           
Tənzilə Rüstəmxanlının namizədliyinin qeydə alınmamasının SƏBƏBİ
"Azəri-Türk" Qadınlar Birliyinin sədri, deputat Sabiq Rüstəmxanlının həyat yoldaşı Tənzilə Rüstəmxanlının deputatlığa namizədliyinin qeydə alınmamasının səbəbi məlum olub. Bu barədə Lent.az-a Tənzilə Rüstəmxanlı özü açıqlama verib.

T.Rüstəmxanlı iddia edib ki, Dairə Seçki Komissiyası heç bir əsas olmadan onun namizədliyini qeydə alınmaması ilə bağlı qərar çıxarıb: “Onlar da yaxşı bilir ki, heç bir rəqib mənimlə mübarizə apara bilməyəcək. Mənim bütün sənədlərim qaydasındadır. Hamı məni yaxşı tanıyır. Bilirlər ki, mən bu ölkədə tanınmış biriyəm. Haqqımı tapdalayıblar”.

Tənzilə Rüstəmxanlının sözlərinə görə, dairədən namizədliyinin qeydə alınmamasına səbəb kimi onun seçiciləri aldatmasını göstəriblər: “Guya ki, mən seçiciləri aldatmışam. İmza verən şəxslər bilməyib ki, kimə imza verirlər. Halbuki, bütün imzaların alınmasında şəxsən iştirak etmişəm. Məsələ ilə bağlı Mərkəzi Seçki Komissiyasına şikayət vermişəm. İnanıram ki, mənim tapdanmış haqqım bərpa olunacaq".

Qeyd edək ki, Tənzilə Rüstəmxanlı 42 saylı Sumqayıt İkinci Seçki Dairəsində namizədliyini irəli sürmüşdü. 42 saylı Sumqayıt İkinci Seçki Dairəsinin hazırkı deputatı Musa Qasımlıdır.

M.Qasımlı builki seçkilərdə dairəsini dəyişərək, Sabir Rüstəmxanlının deputat olduğu 72 saylı Yardımlı-Masallı seçki dairəsindən namizədliyini verib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.