Ukraynanı “Normand dördlüyü”nün Parisdə keçirilən görüşündə Rusiyaya satıblar. Axar.az xəbər verir ki, bu sözləri Ukrayna mətbuatına açıqlamasında Radikal Partiyanın lideri Oleq Lyaşko söyləyib. Onun sözlərinə görə, XX əsrin 30-cu illərində baş verən dəhşətli hadisələr hələ də Merkellə Ollanda heç nəyi öyrətməyib: “Danışıqların nəticələrinə əsasən alman kansler dedi ki, Donbasın xüsusi statusu Ukrayna konstitusiyasında yer almalıdır. Onlar tarixdən dərs çıxarmayıblar. Özlərinin sələfləri olan Çemberlen və Daladye kimi səhvlər edirlər. Həmin zaman onlar Çexoslovakiya Prezidenti Beneşi məcbur etmişdilər ki, Hitlerin işğalı ilə razılaşsın. Düşünürdülər ki, füreri bunun hesabına dayandıra biləcəklər. İndi isə Putini dayandırmaq mümkün olmayacaq. Avropa liderlərinin acgözlüyü, ABŞ-ın isə özünü hər şeydən uzaqda tutması ucbatından Ukrayna və dünya böyük təlatümlər ərəfəsindədir”.