`İlham Əliyev ermənicə bilir` - Serj Sarkisyandan şok açıqlama

3-10-2015, 13:27           
 `İlham Əliyev ermənicə bilir` - Serj Sarkisyandan şok açıqlama
Ermənistan prezidenti Serj Sarkisyan Azərbaycan dilini yaxşı bildiyini və bu dildə danışmağı bacardığını açıqlayıb.

AzVision.az “Amerikanın səsi”nin erməni xidmətinə istinadən xəbər verir ki, bu barədə Sarkisyan Karneqi fondunda çıxışı zamanı bildirib.

Sarkisyan indiyədək Azərbaycan xalqını təhqir etmədiyini, yalnız ölkə rəhbərliyi mövqeyinə görə tənqid etdiyini vurğulayıb.

Ermənistan prezidenti, həmçinin qeyd edib ki, Azərbaycan prezidenti İlham Əliyev də `az da olsa ermənicə bilir`.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.