30 saylı dairədə nədən alternativsizlikdir? - Müəmma
5-10-2015, 10:49
Qarşıdan gələn Parlament seçkiləri ilə bağlı birinci mərhələ sayılan – namizədlərin qeydə alınması prosesi yekunlaşıb. Qanunvericiliyə görə, bundan sonrakı mübarizə məhz Mərkəzi Seçki Komissiyasının (MSK) rəsmi saytında dairələr üzrə adları rəsmi namizəd kimi qeyd edilən şəxslər arasında aparılacaq. Azinforum.az MSK-nın rəsmi saytında yerləşdirilən məlumatları təhlil edərkən maraqlı faktla rastlaşıb. Belə ki, yalnız 30 saylı dairədə bir (alternativsiz) namizəd qeydə alınıb. MSK-nın rəsmi saytında yerləşdirilən məlumata əsasən deyə bilərik ki, sözügədən dairədə, hazırda millət vəkili mandatını daşıyan Fətəliyeva Sevinc Həbib qızı özü-özü ilə mübarizə aparmalı olacaq. Maraqlı olan budur ki, hətta hakimiyyətin ən nüfuzlu şəxsləri kimi seçkiyə qatılanlan şəxslərin bir neçə alternativi var. Sevinc Fətəliyeva kimi cavan millət vəkilinin hansı səbəbdən alternativsiz qalması isə olduqca maraqlıdır. Yaranmış vəziyyətə aydınlıq gətirməyə çalışacayıq…