Amerika senatorundan SƏRT ÇAĞIRIŞ: “Səudiyyə Ərəbistanına hərbi yardım dayandırılsın! ABŞ niyə terroru dəstəkləyən bir ölkəyə silah satır?”
11-10-2018, 21:06
ABŞ-ın Kentukki ştatının senatoru Rand Paul Camal Kaşıkçı sağ-salamat şəkildə tapılana qədər ölkəsinin Səudiyyə Ərəbistanına bütün hərbi yardımlarının dayandırılması üçün bu həftə ərzində dövlətə müraciət edəcəyini bildirib.
Senator bu açıqlaçanı “Atlantik” nəşrində dərc edilən məqaləsində verib.
İllərlə ABŞ-ın Səudiyyə Ərəbistanına dəstəyini qınadığını bildirən Paul məqaləsində Suriyadakı İŞİD terror təşkilatına çox sayda Səudiyyə Ərəbistanı vətəndaşının qoşulduğunu vurğulayıb: “Amerika niyə terroru dəstəkləyən, Yəməndə ədalətsiz müharibə aparan bir ölkəyə silah satır? Dedikləri kimi, pulun arxasınca getməlidirlər. Lakin heç bir neft və ya silah müqaviləsi belə bir rejim ilə əməkdaşlığımıza haqq qazdıra bilməz. Amerikanın kəşfiyyat, logistika, təlim və təhcizat dəstəyi olmadan Səudiyyə Ərəbistanın səyləri çoxdan uğursuz olmuşdu”.
ABŞ-ın Səudiyyə Ərəbistnına silah satışını dayandırılması üçün qanun layihəsini irəli sürdüyünü xatırladan Paul, Konqresdəki həmkarlarının yəmənlilərin ABŞ istehsalı olan silahlarla qətlə yetirilməsinə məhəl qoymadıqları üçün təəssüfləndiyini bildirib.