İqbal Ağazadədən Araz Əlizadəyə MESAJ: “Sən mənə rəqib ola bilməzsən!”

5-10-2015, 21:10           
İqbal Ağazadədən Araz Əlizadəyə MESAJ: “Sən mənə rəqib ola bilməzsən!”
Azərbaycan Sosial-Demokrat Partiyasının sədri Araz Əlizadə Ümid Partiyasının rəhbəri, deputat İqbal Ağazadə ilə 35 saylı Xətai üçüncü seçki dairəsindən namizəddirlər.

Onlar arasında isə indidən qalmaqal yaranıb.

Belə ki, Araz Əlizadə İqbal Ağazadədən 35 saylı Xətai üçüncü dairə seçki komissiyasına şikayət ərizəsi ilə müraciət edib. Şikayət ərizəsində səbəb kimi İqbal Ağazadənin seçki qanunvericiliyini pozması göstərilib.

Aznews.az-ın yaydığı məlumata görə buna səbəb İqbal Ağzadənin rəsmi təşviqat başlamadan öncə təbliğat aparmasıdır.

Ümid Partiyasının sədri İqbal Ağazadə Modern.az-a açıqlamasında son günlər haqqında yazılanların kampaniya olması fikrinə aydınlıq gətirib.

“Təbii ki, hər şey ola bilər. Sadəcə, heç nədən narahat deyiləm. Mənə qarşı seçicim kampaniya aparmasın, qalan kim aparır, aparsın. Ona elə xoşdur. O da bundan zövq alır, qoy alsın”.

“Parlament seçkilərində Araz Əlizadə sizə rəqib ola bilərmi?” sualına Ümid Partiyasının sədri İqbal Ağazadə belə cavab verib.

“Araz Əlizadə İqbal Ağazadəyə rəqib ola bilməz. Rəqib ola bilmədiyinə görə də belə şər-böhtan işlərlə məşğuldur”.

Qeyd edək ki, bundan öncə də hər iki deputatlığa namizəd mətbuat səhifələrində bir-birini ittiham edib












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.