Atatürk Parkında qanunsuz tikililərə "kupçanı" Kərəm Həsənov verib?

12-12-2018, 12:20           
Atatürk Parkında qanunsuz tikililərə "kupçanı" Kərəm Həsənov verib?
Bakı şəhəri Nərimanov rayonundakı Atatürk parkında yerləşən və Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışı (kupça) olan obyektlərin də söküntüsünə başlanılıb. Park ərazisində fəaliyyət göstərən obyektlərin isə əksəriyyəti sökülüb. Gundeminfo.az xəbər verir ki, dünəndən başlanan söküntü işləri ilə əlaqədar olaraq park ərazisində olan obyektlərin 80 faizi dağıdılıb və ərazidə abadlıq işlərinə başlanılıb.

Rəsmi qurumlardan verilən açıqlamalarda deyilir ki, sökülən obyektlər müvəqqəti icazə əsasında fəaliyyət göstəriblər. Lakin saytımıza danışan sahibkarlardan biri deyir ki, ərazidə müvəqqəti olaraq fəaliyyət üçün icazə əsasında fəaliyyət göstərən obyekt ümumiyyətlə mövcud olmayıb. Park ərazisində yerləşən və artıq sökülmüş obyektlərin əksəriyyəti, deputatalara, icra başçılarına və nazirlərə məxsus olub. Bu səbəbdən də qanunsuz olaraq biznes fəaliyyəti ilə məşğul olan məmurlar susmağa üstünlük verirlər.

Rəsmi qurumlardan verilən açıqlamalara əsasən ərazidə sökülmüş obyektlərə "kupçanı" Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov verib. Hətta bəzi iddialara əsasən Kərəm Həsənovun da ərazidə restoranı olub. O zaman ortaya sual çıxır, Kərəm Həsənov dövlətin balansında olan istirahət parkında tikililərə necə və hansı əsasla "kupça" verib? Mənbəmiz iddia edir ki, hazırda bu iddialarla bağlı ənyüksək dairlərdə araşdırmalara başlanıb. Araşdırmalar zamanı məhz K.Həsənovun imzası ilə verilmiş çıxarışların qanunsuz olduğu sübuta yetirilərsə, o zaman komitə sədrindən də izahat istəniləcək.

Mənbəmiz iddia edir ki, Kərəm Həsənovun imzası ilə bu günə qədər Atatürk Parkı ərazisində yerləşən obyektlərə verilən "kupça"ların qanunsuz olduğu ortaya çıxdığından indi sahibkarların suaalrı qarşısında məhz komitə sədri cavab verməli olacaq.

Onu da əlavə edək ki, həqiqətən də Atatürk Parkında müvəqqəti icazə ilə, mövsümi və qeyri-mövsümi fəaliyyət göstərmək üçün icasəsi olan obyektlər də var. Və həmin obyektlər də sökülüb. Rəsmi informasiyalarda bildirilir ki, sökülən obyektlərə heç bir konpensasiya verilməyəcək. Mövzu ilə bağlı Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənovun da mövqeyini dinləməyə hazırıq.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.