Neftçaladakı ana ölümü ilə bağlı Mehriban Əliyevaya müraciət edildi - Səhiyyə Nazirliyindən REAKSİYA

1-07-2019, 19:20           
Neftçaladakı ana ölümü ilə bağlı Mehriban Əliyevaya müraciət edildi - Səhiyyə Nazirliyindən REAKSİYA
Neftçala rayonunda 1997-ci il təvəllüdlü Gülnaz Elxan qızı Abdullayevanın qeysəriyyə əməliyyatından sonra dünyasını dəyişməsi faktı ilə bağlı hüquq-mühafizə orqanları araşdırmalara başlayıb.

Bu barədə Yenicag.az-a Səhiyyə Nazirliyin Mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, bu ilin martın 23-də Neftçala Mərkəzi Rayon Xəstəxanasında dünyasını dəyişən G.Abdullayevanın birinci doğuşu olub. Onun bətnindəki dölün çəkisi 5 kiloqram olduğuna görə qeysəriyyə əməliyyatı edilməsi qərara alınıb:

“Uğurlu keçən əməliyyatdan sonra qadın palataya köçürülüb, 5 saat sonra qəfil dünyasını dəyişib. İlkin ehtimala görə, ana tromboemboliyadan dünyasını dəyişib. Artıq hüquq-mühafizə orqanları ölüm faktı ilə bağlı araşdırmalara başlayıb. Ekspertlərin rəyi hazır olduqdan və araşdırmalar başa çatdıqdan sonra hadisəyə hüquqi qiymət veriləcək”.

Hadisə ilə bağlı mərhumun valideynləri birinci vitse prezident Mehriban Əliyevaya müraciət edərək övladlarının qatili olan həkimlərin cəzalandırılmasını istəyiblər. Onlar iddia edir ki, Gülnaz Abdullayeva həkim səhvi nəticəsində vəfat edib.

Valideynlərin müraciətini təqdim edirik:












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru