Tramp Qətərlə 1,2 trilyon dollarlıq SAZİŞ İMZALADI

15-05-2025, 10:34           
Tramp Qətərlə 1,2 trilyon dollarlıq SAZİŞ İMZALADI
ABŞ prezidenti Donald Tramp Qətər rəhbərliyi ilə dəyəri 1,2 trilyon dollardan çox olan müqavilə imzalayıb.

TEREF xəbər verir ki, bu barədə çərşənbə günü Ağ Evin mətbuat xidməti məlumat yayıb.

Bura müdafiə sahəsində əməkdaşlıq sahəsində sövdələşmələr daxildir.

ABŞ administrasiyası bildirib ki, bağlanan sövdələşmələr Amerikanı yeni Qızıl əsrə aparacaq.

“Bu gün Qətərdə Prezident Donald Tramp Qətər rəhbərliyi ilə iqtisadi əməkdaşlıq haqqında 1,2 trilyon dollardan çox dəyərdə saziş imzalayıb”, – Ağ Evin saytında deyilir.

Ağ Ev hesab edir ki, imzalanmış sazişlər gələcək nəsillər üçün innovasiya və rifahı təşviq edəcək, Amerika istehsalı və texnologiya liderliyini gücləndirəcək və Amerikanı yeni Qızıl Əsr yoluna çıxaracaq.

Musavat.com












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru