Rusiya Hüseyn Həsənovu axtarışa verdi – Foto

15-05-2025, 10:08           
Rusiya Hüseyn Həsənovu axtarışa verdi – Foto
Rusiya azərbaycanlı bloqer Hüseyn Həsənovu axtarışa verib.

TEREF xəbər verir ki, “Qafqazinfo” xəbər verir ki, bu haqda “Mash” teleqram kanalı məlumat yayıb.

O, Rusiya Cinayət Məcəlləsinin 174-cü maddəsinin 4-cü hissəsinə əsasən – xüsusilə külli miqdarda pul vəsaitlərinin leqallaşdırılması və yuyulmasında ittiham olunur.

Mənbə qeyd edir ki, sosial şəbəkə fenomeni 2024-cü ildən Rusiyada olmayıb, Azərbaycanda məskunlaşıb. Keçən il Moskvada Federal Vergi Xidməti 145 milyon rubl borcuna görə Hüseynə qarşı iddia qaldırıb; şirkətlərinin hesabları bloklanıb.

Çirkli pulların yuyulması ittihamı ilə axtarışa verilən Hüseyn barəsində qiyabi həbs qərarı verilib. Onu yeddi ilə qədər həbs gözləyir.

Qeyd edək ki, H.Həsənov uzun müddət idi Rusiyada yaşayırdı, o, ara-sıra Azərbaycana da gəlirdi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru