İranda qum fırtınası səbəbindən məktəblər bağlandı

15-05-2025, 10:44           
İranda qum fırtınası səbəbindən məktəblər bağlandı
İranın bəzi şəhərlərində qum fırtınasının yaratdığı hava çirklənməsi gündəlik həyata mənfi təsir edib.

İRNA xəbər verir ki, bununla bağlı səlahiyyətli qurumlar məktəbləri bağlamaq qərarına gəliblər.

Ölkənin qərbinə təsir edən qum fırtınası səbəbindən bu gün Kürdüstan və Zəncan əyalətlərində məktəblər, Təbriz şəhərində bütün dövlət qurum və təşkilatları, banklar bağlanıb.

Meteoroloqların verdiyi açıqlamaya görə, qum fırtınasının bu gün paytaxt Tehrana çatacağı gözlənilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru