Avtomobil mühərrikini yumada yol verilən səhvlər - Ekspertdən vacib XƏBƏRDARLIQ

15-05-2025, 10:58           
Avtomobil mühərrikini yumada yol verilən səhvlər - Ekspertdən vacib XƏBƏRDARLIQ
Mühərrikin düzgün yuyulmaması ciddi problemlərə - qısaqapanma, suyun elektron sistemlərə keçməsi və hətta bahalı təmir ehtiyacına səbəb ola bilər.

"Rossiyskaya qazeta"nın verdiyi məlumata görə, bu barədə rusiyalı avtomobil eksperti Aleksandr Smit xəbərdarlıq edib.

O, mühərrik yuyulmasında yol verilən ən yayılmış səhvləri açıqlayıb. Onları təqdim edirik:

- İsti mühərriki yumaq olmaz. Bu, metal hissələrdə çatlara və contalarda sızmalara səbəb ola bilər.

- Elektron hissələr izolyasiya edilməlidir. Akkumulyator ayırılmalı, beyin bloku (ECU), generator və ABS sistemi qorunmalıdır.

- Yüksəktəzyiqli su ehtiyatla istifadə olunmalıdır. Kerxer kimi cihazlardan istifadə zamanı suyu çox yaxın məsafədən vurmaq incə naqillərə və birləşmələrə zərər verə bilər.

- Yuma sonrası mütləq qurudulmalıdır. Havanın təzyiqi ilə suyun hopduğu hissələr qurudulmalı, rezin və plastik hissələr qoruyucu maddələrlə işlənməlidir.

Ekspert tövsiyə edir ki, mühərrik yuyulmasını ya mütəxəssislərə həvalə edin, ya da bu məqamları nəzərə alaraq ehtiyatlı olun.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru