Qətər 400 milyon dollarlıq təyyarənin Trampa hədiyyə verildiyini təkzib etdi

15-05-2025, 09:52           
Qətər 400 milyon dollarlıq təyyarənin Trampa hədiyyə verildiyini təkzib etdi
"Qətər ABŞ Prezidenti Donald Trampa "Boeing 747-8" hədiyyə etməyi planlaşdırmır, bu, çox sadə hökumətlərarası sazişdir".

Oxu.Az xarici KİV-ə istinadən xəbər verir ki, bu açıqlama ilə Qətərin Baş naziri, eyni zamanda Xarici İşlər Nazirliyinin rəhbəri şeyx Məhəmməd bin Əbdürrəhman Al-Tani çıxış edib.

O qeyd edib ki, bu məsələ Qətər Müdafiə Nazirliyi və ABŞ Müdafiə Nazirliyi arasında müzakirə edilib.

"Təyyarənin təqdim edilməsində qanunsuzluq aşkar olunarsa, onun təhvil verilməsi təklifi geri götürüləcək", - deyə Məhəmməd bin Əbdürrəhman Al-Tani vurğulayıb.

Xatırladaq ki, bir müddət əvvəl mətbuatda Qətər rəsmilərinin ABŞ Prezidenti Donald Trampa 400 milyon dollarlıq "Boeing 747-8" təyyarəsini hədiyyə edəcəyi ilə bağlı məlumat yayılmışdı.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru