Trampın ailəsi onun prezidentliyi dövründə nə qədər pul qazanıb?

Bu gün, 09:58           
Trampın ailəsi onun prezidentliyi dövründə nə qədər pul qazanıb?
ABŞ Prezidenti Donald Trampın ailəsinin biznes imperiyası onun prezidentlik müddətinin ilk ayı ərzində ən azı 2 milyard dollar gəlir əldə edib.

Bu barədə "The New York Times" maliyyə sənədlərinə istinadla məlumat yayıb.

Nəşrin qeyd etdiyi kimi, əsas gəlir mənbələri kriptovalyuta layihələrinə yatırımlar, daşınmaz əmlak sahəsində fəaliyyət və eksklüziv klub təşəbbüsləri ilə bağlıdır. Məsələn, kiçik Donald Tramp tərəfindən idarə olunan "TRUMP" kriptovalyutasının buraxılması azı 174 milyon dollar gəlir gətirib.

Bildirilir ki, Tramp ailəsinin biznesi tamamilə prezidentin oğulları tərəfindən idarə olunur. Nəşr vurğulayır ki, bu qədər iri biznes gəlirləri ABŞ-nin müasir tarixində heç bir prezident ailəsində müşahidə olunmayıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.