Ramiz Mehdiyev Əmrullayevi EVDƏN İDARƏ EDİR? - BU NƏDİ BELƏ?

15-05-2025, 10:28           
 Ramiz Mehdiyev Əmrullayevi EVDƏN İDARƏ EDİR? - BU NƏDİ BELƏ?
Bu gün məlum olur ki, Elm və Təhsil Nazirliyi tərəfindən 2 milyon 535 min manatlıq tender keçirilib. Olsun! Amma olmamalı bir məsələ də var ki, bu bahalı tenderdə qalib gələn “Şərq-Qərb” ASC adlı Ramiz Mehdiyevin oğlunun şirkəti ilə müqavilə imzalanıb. Müqavilənin şərtlərinə görə “Şərq-Qərb” ASC nazirliyin sifarişi əsasında 7-9-cü siniflər üzrə böyük ölçülü dərsliklər hazırlayacaq.
Məlumat üçün bildirək ki, “Şərq-Qərb” ASC-nin səhmlərinin 96,5%-i Mehdiyev Teymur Ramiz oğluna məxsusdur. Ramiz Mehdiyevin yeganə oğlu general-mayor Teymur Mehdiyev həm də Fövqəladə hallar nazirinin müavinidir.

Bax belə! Siz də deyirsiz ki, Ramiz Mehdiyev işdən çıxarılıb, evdə oturub… Evdə oturub, amma hələ də təhsil naziri Emin Əmirullayevi idarə edir…

“Təzadlar”












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru