Lənkəranın bu küçəsi 30 ildir niyə asfaltlanmır? – İcradan açıqlama

23-09-2020, 09:26           
Lənkəranın bu küçəsi 30 ildir niyə asfaltlanmır? –
Lənkəran şəhərinin tarixi küçəsi - Müslüm Maqomayev ev 1-dən 20-dək olan 250 metrlik asfalt yolu bərbad vəziyyətdə olmasına baxmayaraq, uzun müddətdir ki, təmir edilmir.

Bu barədə Axar.az-ın redaksiyasına Lənkəran sakinlərinin ünvanladığı şikayət məktubunda qeyd edilib.

Məsələ ilə bağlı Lənkəran şəhər İcra Hakimiyyətindən saytımıza bildirilib ki, sözügedən küçə yaxın vaxtlarda asfaltlanacaq:

“Lənkəranda bu yaxınlarda 38.6 km-lik yolun asfaltlanması tamamlandı. Eyni zamanda da şəhərin 13-ə yaxın küçəsində asfaltlaşma prosesi aparıldı. Yolların asfaltlaşması təqdim olunan qrafik üzrə aparılır. Vəsait ayrıldıqca növbəli şəkildə hamısı asfalt olunacaq. Həmçinin Müslüm Maqomayev küçəsi də”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru