Qazaxda evə basqın edildi

17-06-2025, 11:34           
Qazaxda evə basqın edildi
Qazaxda evə basqın edərək ər və arvada xəsarət yetirən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Gəncə Regional Qrupundan Sitat.info-ya bildirilib ki, naməlum şəxs iyunun 16-da axşam saatlarında rayonun Qazaxbəyli kəndində yerləşən fərdi yaşayış evinə basqın edərək ev sahibindən hədə-qorxu ilə pul tələb edib. O, istəyinə nail ola bilmədikdə ev sahibinə kəsici-deşici alətlə, həyat yoldaşına isə küt alətlə xəsarət yetirərək hadisə yerindən qaçıb.
Qazax Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən 64 yaşlı Ələddin Nazarov müəyyən olunaraq saxlanılıb.

Faktla bağlı Cinayət Məcəlləsinin cinayət işi başlanılıb, istintaq hərəkətləri və digər zəruri araşdırmalar davam etdirilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru