Avropada 25 it cinsinin yetişdirilməsinə qadağa qoyulur

Bu gün, 11:26           
Avropada 25 it cinsinin yetişdirilməsinə qadağa qoyulur
Hollandiya Kinoloji Şurası 25 braxisefal (qısaburunlu) it cinsinə nəsil şəcərəsi verilməsini dayandırmaq qərarına gəlib.

32gun.az xəbər verir ki, bu qərar məhkəmə tərəfindən də təsdiqlənib və əsas səbəb kimi alıcıların itlərin sağlamlığı barədə aldadılması göstərilib.

Məhkəmənin qərarında qeyd olunur ki, bu cinslərin – yəni qısa burunlu itlərin – əslində tənəffüs çətinlikləri, göz xəstəlikləri və onurğa problemləri kimi ciddi sağlamlıq problemləri var.

Qərarın verilməsinə heyvan hüquqları müdafiəçiləri – "Dier & Recht" təşkilatının şikayəti səbəb olub. Onlar bildiriblər ki, bu cinslərin yetişdirilməsi minlərlə itin əziyyət çəkməsinə səbəb olur.

Benzər qərar Danimarkada da qəbul edilib. Orada irsi xəstəlikləri olan itlərin yetişdirilməsi qadağan edilib və əlavə olaraq taks, bulldoq və kavalier-kinq-çarls-spaniel cinslərinə xüsusi nəzarət tətbiq olunub.

Qeyd edək ki, braxisefal cinslərə bulldoqlar, mopslar, pekineslər, Tibet spanieləri, şarpeylər və hətta bəzi məlumatlara görə, rotveylerlər də aiddir.

Xatırladaq ki, daha öncə Pravda.Ru portalı mütəxəssislərə istinadən xəbər vermişdi ki, it almaq istəyən şəxslər ilk növbədə seçilən cinsin xüsusiyyətlərini öyrənməlidir. Çünki bəzi itlər daha çox hərəkət və geniş sahə tələb edir. Həmçinin heyvanın xarakteri və səs səviyyəsi də nəzərə alınmalıdır. Mənzil şəraitində daha sakit cinslərə üstünlük verilməsi tövsiyə olunur.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.