Trampın oğulları yeni mobil şəbəkə və qızıl smartfon təqdim etdilər

17-06-2025, 11:37           
Trampın oğulları yeni mobil şəbəkə və qızıl smartfon təqdim etdilər
ABŞ prezidentinin oğulları kiçik Donald Tramp və Erik Tramp "Trump Mobile" komandası ilə birlikdə "T1 Mobile" mobil rabitə xidmətini və qızıl telefon təqdim ediblər.
RBC xəbər verir ki, bu barədə "The Trump Organization"un press-relizində bildirilir.

Flaqman tarifi ilə "T1 Mobile" üçün "The 47 Plan" müştəriyə ayda 47.45 dollara (təxminən 80 manat - red.) başa gələcək.

Xidmət limitsiz zənglər, 5G dəstəyi, pulsuz beynəlxalq zənglər, dərmanların çatdırılması və virtual tibbi xidmət, "Drive America" xidməti vasitəsilə yollarda yardım vəd edir.

Mobil rabitə xidmətinin istifadəyə verilməsindən sonra Tramp qardaşları qızıl "T1" telefonunun layihəsini təqdim ediblər. Smartfon avqustda geniş ictimaiyyətə təqdim olunacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru