Azərbaycanın 12 investisiya şirkətinin məcmu aktivləri 32 %-ə yaxın artıb

17-06-2025, 11:24           
Azərbaycanın 12 investisiya şirkətinin məcmu aktivləri 32 %-ə yaxın artıb
Azərbaycanın qiymətli kağızlar bazarında fəaliyyət göstərən 12 investisiya şirkətinin məcmu aktivləri bu il yanvarın 1-nə 236,267 milyon manat təşkil edib.

İndex.az xəbər verir ki, bu, ötən il yanvarın 1-nə nisbətən 31,5 % çoxdur.

2024-cü ildə şirkətlərdən 8-i aktivlərini artırıb, 4-ü azaldıb.

Hesabat ilində investisiya şirkətlərinin məcmu öhdəlikləri 37,6 % artaraq 182,751 milyon manat təşkil edib. Şirkətlərdən 9-da öhdəliklər artıb, 3-də isə azalıb.

Ötən il investisiya şirkətlərinin məcmu balans kapitalı 14,3 % artaraq 53,515 milyon manata, məcmu nizamnamə kapitalı isə 20,9 % artaraq 21,593 milyon manata çatıb. Bazar iştirakçılarından 8-i balans kapitalını, 4-ü isə nizamnamə kapitalını artırıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru