Mərkəzi Bankın 450 milyonluq binası ilə bağlı YENİ İDDİA

17-01-2021, 10:37           
Mərkəzi Bankın 450 milyonluq binası ilə bağlı YENİ İDDİA
"Mərkəzi Banka 450 milyon manat dəyərində yeni inzibati bina tikilməyəcəyi qənaətindəyəm. Təəssüratım odur ki, müharibədən sonra hökumət özü tender nəticələrinin ləğvi yollarını axtarır”.

HİT.Az xəbər verir ki, bunu ReAl Partiyasının sədri İlqar Məmmədov "Facebook"da yazıb.

Partiya sədri daha bildirib:

"Əlbəttə, indiki bina Bakının simasını korlamış ilk yeni tikililərdən biridir. Onun ən azından rəngləri dəyişməlidir. İmkan varsa ona başqa memarlıq dəyişiklikləri də eləmək olar, hətta tam sökmək də olar. Amma onun yerinə 450 milyon manat verib təzəsini tikmək - heç bir çərçivəyə sığmır.

Layihənin ləğv olunacağı haqda məntiqli gözləntim doğrudursa, bunun hansı rəsmiyyətlə ediləcəyi maraqlıdır. Dövlət vəsaiti tenderin qalibi olan şirkətə Qarabağın dirçəldilməsi layihələri üçün də ayrıla bilər. Bu, daha məntiqlidir və hər kəsi razı salacaq bir həll yolu olar".













Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.