Bayram günü Qarabağ qazisinin qazı kəsilib

15-05-2021, 11:58           
Bayram günü Qarabağ qazisinin qazı kəsilib
Ramazan bayramı günü Qarabağ qazisi Vüqar Əmrayevin yaşadığı mənzilə qaz verilişi dayandırılıb. Bu barədə REPORTYOR.info-ya Vüqar Əmrayevin özü bildirib.

Onun sözlərinə görə, problemlə əlaqədar müvafiq qurumlara müraciət etsə də, nəticəsi olmayıb: “Astara Rayon İcra Hakimiyyətinə, Lənkəran Regional Qaz İstismarı İdarəsinə müraciətim etmişəm. Lakin baxmayıblar. Mənə deyirlər ki, nə edək qazisən, get qaz pulunu ödə. Mən iki dəfə yaralanmışam. Səhhətimdə ciddi problemlər var deyə, işləyə bilmirəm. Atam da xəstədir. İndi biz nə edək? Gəlib bayram günü qazımızı kəsiblər”, – deyə Qarabağ qazisi bildirib.

Vüqar Əmrayev üzləşdiyi problemlə əlaqədar Prezidentdən yardım istəyir: “Cənab Prezident, heç kim üzləşdiyim problemlə maraqlanmaq istəmir. Müvafiq qurumlar müraciətlərimə cavab vermir. Sizdən xahiş edirəm ki, bu işə müdaxilə edərək, problemin həllinə yardımçı olasınız”.

Vüqar Əmrayev Füzuli, Hadrut, Xocavənd və Şuşa uğrunda döyüşlərdə iştirak edib. İki dəfə yaralanıb.
















Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.