Tanınmış ginekoloqla bağlı 17 minlik qalmaqal: polisə müraciət edildi

16-05-2021, 16:46           
Tanınmış ginekoloqla bağlı 17 minlik qalmaqal: polisə müraciət edildi
Tanınmış mama-ginekoloq Aytən Səfərova ilə bağlı hüquq-mühafizə orqanlarına şikayət edilib.

Teref.az “Report”a istinadən xəbər verir ki, şikayətçi vətəndaş D.M. və onun həyat yoldaşı Ə.E.-dir.

Şikayətçilər iddia edir ki, A.Səfərovanın səhlənkarlığı ucbatından döl tələf olub. Buna görə də ər-arvad hüquq-mühafizə orqanlarına şikayət edərək həkimə verdikləri 17 min manat pulu geri tələb edirlər.

A.Səfərovanın nümayəndəsi, vəkil İntiqam Hacıyev bildirib ki, vətəndaşların şikayəti əsassızdır:

“Həmin vətəndaş süni mayalanma ilə bağlı Aytən Səfərovaya müraciət edib və süni mayalanma da uğurlu olub. Lakin qadın doğuşu başqa xəstəxanada edib və orada da uşaq tələf olub. Bizə də bu barədə hüquq-mühafizə orqanlarından heç nə deyilməyib”.

Qeyd edək ki, A.Səfərova 1998-2004-cü illərdə Azərbaycan Tibb Universitetinin Müalicə-profilaktika fakültəsində təhsil alıb. 2011-ci ildən Baku Medical Plazada Qadın xəstəlikləri (Ginekologiya) və Doğum şöbəsinin müdiri kimi çalışır.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru