Yasamal icra hakimiyyəti ilə sahibkarın qovğası... - ŞİKAYƏT VAR

26-02-2016, 11:54           
Yasamal icra hakimiyyəti ilə sahibkarın qovğası... - ŞİKAYƏT VAR
Yasamal rayonu, Həsən bəy Zərdabi prospekti 89 ünvanındakı 13X36 metrlik ərazi 2 il öncə Yasamal Rayon İcra Hakimiyyəti tərəfindən sahibkar Ramiz Cəbrayıllıya verilib. Məlumatlara görə, sahibkar torpağı 500 min manata alb. Həmin vaxt Ramiz Cabbarlıya Yasamal rayonu ərazisində başqa yer də təklif olunub.

Lakin iş adamı həmin təklifdən imtina edib. İstiqlal.az yazır ki, ərazidə çoxillik ağacların kəsilməsinə başlanıldıqda isə yaxınlıqdakı binanın sakinləri Prezident Administarsiyasına, Səhiyyə Nazirliyinə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinə və digər dövlət orqanlarına müraciət ediblər. Nəticədə ərazidə aparılan işlər dayandırılıb. Şikayətçilərə də bildirilib ki, bu ərazidə ağaclar kəsilə və tikinti işləri aparıla bilməz. Lakin bugünlərdə ərazini satın almış Ramiz Cabbarlı bina sakinləri ilə görüşərək onlara müxtəlif vədlər verib. İş adamı hətta uşaqlar üçün əyləncə parkı tikməyi belə vəd edib. Lakin sakinlər onun təkliflərini qəbul etməyərək, ağacların kəsilməsinə imkan verməyəcəklərini bildiriblər. Bir gün sonra isə Ramiz Cabbarlı ərazini hasara aldırıb. Hasarlanmış ərazidə 20-yə yaxın ağac var. Məqsəd onları kəsərək yerində tikinti işləri aparmaqdır.

Yasamal rayon İcra Hakimiyyətindən bildiriblər ki, torpağın satışı ilə Yasamal Rayon İcra Hakimiyyəti məşğul olmayıb. Əmlak Məsələləri Dövlət Komitəsi mətbuat xidmətinin rəhbəri Qulu Xəlilov isə bildirib ki, komitə bu ərazidə tikintiyə qadağa qoyub. O, torpağın Yasamal Rayon İcra Hakimiyyəti tərəfindən istifadəyə verildiyini qeyd edib. Deyib ki, ərazi icra hakimiyyətinin sərəncamı ilə istifadəyə verilib. Ekologiya və Təbii Sərvətlər Nazirliyi isə ərazidə ağacların kəsilməsini qadağan edib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.