“ASAN Xidmət”də karantin qaydaları pozuldu – VİDEO

21-08-2021, 00:02           
“ASAN Xidmət”də karantin qaydaları pozuldu – VİDEO
“ASAN Xidmət”in Yasamal rayonunda yerləşən 3 sayılı filialında karantin qaydaları pozulub.
İnsanların qapalı məkanlarda sosial məsafə gözləmədən sıx toplaşması, bəzilərinin isə ümumiyyətlə tibbi maskadan istifadə etməməsi pandemiya dövründə ciddi narahatlıqlara səbəb olur.

Baku TV əməkdaşları məsələ ilə bağlə qurumun Mətbuat Xidməti ilə əlaqə saxlayıb.

Qurumdan bildirilib ki, bir-neçə gün əvvəl sosial media hesablarında belə halların yaşanmaması üçün insanlara çağırış ediblər.

Qeyd olunub ki, “ASAN Xidmət” və “ASAN Kommunal” mərkəzlərinə vətəndaşların qəbulu zamanı onların tibbi maskadan istifadəsi mütləqdir.

Daha ətraflı Baku TV-nin süjetində:













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru