Cəlilabadın Kürdlər kəndinin yolu bərbad vəziyyətdədir - VİDEO

21-08-2021, 12:26           
Cəlilabadın Kürdlər kəndinin yolu bərbad vəziyyətdədir - VİDEO
Cəlilabad rayonunun Kürdlər kəndinin yolu bərbad vəziyyətdədir.

Teref.Az xezerxeber.az-a istinadən bildirir ki, enişli-yoxuşlu yolun xarab vəziyyətdə olması sakinləri narahat edir.

Kənd dağətəyi ərazidə yerləşdiyi üçün avtomobillərin hərəkətində çətinlik yaşanır. Bu problem əsasən qış aylarında daha çox qabarır. Hər il sakinlər öz hesablarına kənd yolunu təmir etsələr də, ərazi dağlıq olduğu üçün aşırımları aşmaq avtomobillər üçün mümkünsüz olur.

Uzun illər Kürdlər kəndində həkim işləyən Möhübbət Qurbətov deyir ki, xəstələrin yardımına vaxtında yetişə bilmir.

Kürdlər kəndi 160 təsərrüfatdan ibarətdir. Əvvəlki illərdə əsas yollar demək olar ki, asfaltlaşıb. Sakinlər deyir ki, hazırkı xarab yollarla bağlı dəfələrlə müraciət etmələrinə baxmayaraq, yolu düzəldən yoxdur.

Məsələ ilə bağlı Kürdlər kənd inzibati ərazi vahidliyinin nümayəndəsi Şakir Nuriyev bildirdi ki, vəsait olmadığı üçün problem olduğu kimi qalıb. Aidiyyəti üzrə dəfələrlə bu haqda məlumat verilib. Bildirilib ki, vəsait olan kimi Kürdlər kəndinin yol problemi öz həllini tapacaq.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.