Bu ərazilərdə aptek yoxdur, dərmanı hardan alaq? - Açıqlama

24-08-2021, 16:25           
Bu ərazilərdə aptek yoxdur, dərmanı hardan alaq? - Açıqlama
Rayon və kəndlərimizdə aptek sayının az olması, bəzi kəndlərdə apteklərin ümumiyyətlə olmaması vətəndaşlar üçün çətinlik yaradır. Qəbələ rayonunun Əmirvan kəndində isə aptekin vəziyyəti göz önündədir. Kənd sakinləri məcburiyyətdən aptek yaradıblar. Heç bir sanitar qaydalar da gözlənilmir. Dərmanların haradan və necə gətirildiyi isə məlum deyil.

Aptek problemi ilə bağlı Tərtər rayonunun Mamırlı və Poladlı kənd sakinləri də Axar.az-a şikayət edib. Sakinlər bildirirlər ki, rayon mərkəzi ilə kənd arasında məsafə çox olduğu üçün dərman tapmaqda çətinlik çəkirlər.

Məsələ ilə bağlı saytımıza açıqlama verən Səhiyyə Nazirliyinin Mətbuat xidmətinin əməkdaşı Elvin Hacıyev apteklərin Səhiyyə Nazirliyinin tabeliyində olmadığını deyib:

“Hansı ərazidə aptekin olub-olmamasına nazirlik nəzarət etmir. Onlar özəl qurumlardır. Aptek açmaq istəyənlər bununla bağlı nazirliyə müraciət edirlər. Bu müraciətlə bağlı nazirliyin müəyyən etdiyi qaydalar var”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru