Naxçıvanda məktəbli yarmarkaları keçiriləcək

25-08-2021, 07:54           
Naxçıvanda məktəbli yarmarkaları keçiriləcək
Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi, Təhsil Nazirliyi və yerli icra hakimiyyəti orqanlarının birgə təşkilatçılığı ilə Naxçıvan şəhəri, Xətai küçəsindəki Mərkəzi Bazarda, həmçinin rayon mərkəzlərində cari ilin 1-15 sentyabrında məktəbli yarmarkaları keçiriləcək

Bu barədə “Report” Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir.

Məktəbli yarmarkaları hər gün saat 9:00-dan 1400-dək xidmət göstərəcək. Yarmarkalarda əhaliyə münasib qiymətlərlə yüksək keyfiyyətdə məktəbli geyimləri və idman formaları, ayaqqabı və məktəbli ləvazimatları təklif olunacaq.

"Bütün valideynləri və müəllimləri yaradılmış şəraitdən istifadə etmək üçün yarmarkalara dəvət edirik", - nazirlikdən bildirilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru