66-AA-007 piyadanı vurub hadisə yerindən qaçdı.

25-08-2021, 11:59           
66-AA-007 piyadanı vurub hadisə yerindən qaçdı.
66-AA-007 piyadanı vurub hadisə yerindən qaçdı.Yevlaxda xəsarətlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

Bu barədə redaksiyamıza hadisə şahidləri məlumat verib. Şahidlərin verdiyi məlumata görə, qəza Yevlax şəhəri Nizami prospektində baş verib. Yüksək sürətlə hərəkətdə olan Nissan markalı, 66-AA-007 dövlət qeydiyyat nişanlı avtomobil piyadanı vurub hadisə yerindən qaçıb. Məlumatda qeyd edilir ki, bir müddət sonra hadisə yerinə gələn 66-AA-007 -nin sürücüsü avtomobilin yan şüşəsinin qırıqlarını axtarmaq üçün qayıdıb.

Hadisə barəsində Daxili İşlər Nazirliyinin "102" xidmətinə məlumat verilib.

Faktla bağlı Yevlax rayon Polis İdarəsində araşdırma aparılır.

Qeyd edək ki, 66-AA-007 dövlət qeydiyyat nişanlı avtomobil Əməkdar jurnalist, "Kür" qəzetinin baş redaktoru Əminə Yusifqızının avtomobilidir.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru