İlqar Murquzov, Habil Məmmədov və Həsən Əhmədov üçlüyü bir – biri ilə çəkişib?

25-08-2021, 19:21           
İlqar Murquzov, Habil Məmmədov və Həsən Əhmədov üçlüyü bir – biri ilə çəkişib?
Rayon məhkəməsi 15, apellyasiya instansiyası 10 aydan sonra saxta qərarını verib
Ombudsmana çoxillik şikayətlər cinayət işi üzrə qiyabi qərar çıxarılmasına gətirib
Ortalıq 3,5 il qabaq “hərbi ekspert”in bu sətirlərin yazarını “Qazilər” saytında aşağılamasına cavab
olaraq Yasamal məhkəməsinə Cinayət Məcəlləsinin 147 və 148 -ci maddələri əsasında xüsusi ittiham
qaydasında şikayətlə müraciət edilməsinə nədən olub. Azərbaycan Respublikası Cinayət Prosessual
Məcəlləsinin (CPM) 19, 103 və 194.1 maddəsinin tələbinə əsasən, dövlət büdcəsinin vəsaiti hesabına
vəkillə təminat barədə vəsatətə hakim Günel Əkbərli Vəkillər Kollegiyasına müraciət etməyi acıqlı -
əsəbi şəkildə bildirəndə, barəsində şikayət verilən şəxsin və müdafiəçisinin məcburi gətirilməsi
haqqında vəsatətə isə özünü vəkil kimi aparmaqla reaksiya veriləndə hakimə etiraz edildi və
məhkəmənin dəftərxanasına verildi. Bundan sonra nə etiraza baxıldı, nə şikayətə. İl yarımlıq ali dövlət
hakimiyyəti orqanlarına, Ombudsmana şikayətlərdən sonra, axırı, 12.04.2019 tarixli xüsusi ittiham
qaydasında şikayətin icraata götürülməsindən imtina haqqında qərar 07.07.2020 -ci ildə elektron
poçt ünvanına göndərildi. İcraatdan imtinanı “Qazilər” saytının həmin nömrəsini oxuyanların sayı
haqqında arayışın təqdim edilməməsi ilə (?) “əsaslandıran” məhkəmə hakiminin özbaşınalığına
baxın, 3 günə verilməli qərar 15 aydan sonra verilib! (?) Təbii ki, məhkəmənin öz suçu olduğundan
xüsusi ittihamçının müddətin buraxılmasının üzrlü sayılması haqqında vəsatəti təmin edilərək
apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına göndərildi.
Gözləmək olardı ki, yuxarı instansiya – Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası maddi
hüquq normaları bir yana, heç olmasa, prosessual qanunvericiliyin pozulmasına hüquqi qiymət verər
. Gerçəkdə elə apellyasiya instansiyasının başlıca görəvi aşağı instansiyaların qanunsuzluğunu ,
yanlışlıqlarını aradan qaldırmaq olsa da, sədri və məruzəçi hakimi İlqar Murquzov olan, Habil
Məmmədov və Həsən Əhmədov üçlüyü də qeyri-prosessuallıqda Günel Əkbərlidən cəmi 5 ay geri
qaldılar. Yasamal rayon məhkəməsi qərarını 15 aya vermişdisə, Bakı Apellyasiya Məhkəməsi
28.10.2020-ci il tarixli qərarını 23.08.2020-ci ildə , yəni 10 aya elektron ünvana göndərib (?) . Bu beş
aylıq “tezləşmə”də Ombudsmana çoxillik müraciətlərin böyük önəmi olub. Bakı Apellyasiya
Məhkəməsinin təşkilat şöbəsinin müdiri Asim Zülbalayev Ombudsmana cavab olaraq 8-B-07/2021
saylı 23.08.2021-ci il tarixli məktubla bildirib ki, 28.10.2020 -ci il tarixli qərar ümumi şöbə tərəfindən
17.06.2021-ci göndərilib, buna baxmayaraq, müraciət nəzərə alınaraq yenidən təşkilat şöbəsi
tərəfindən göndərilir (?) . Bir daha vurğulamaq faydalı olar ki, CPM qərarın 3 günə verilməsini
doğrulayır, 6-8 aydan sonra emailə göndərilməsini yox! Qərarın gah ümumi, gah təşkilat şöbəsi
tərəfindən göndərilməsi isə, ümumiyyətlə, heç bir iclasın və qərarın olmamasını, köhnə tarixə saxta
akt qəbul edilməsini ortaya qoyur. Bu saxtalıq elə qərardan da görünür : TƏRƏFLƏR İŞTİRAK
ETMƏDƏN, ÇƏKİŞMƏ PRİNSİPİNƏ ƏMƏL EDİLMƏDƏN CİNAYƏT İŞLƏRİNİN MƏHKƏMƏ İCRAATI
YOLVERİLMƏZDİR! Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin, CPM-in 2 -ci və
digər maddələrinin tələblərinə görə, cinayət işlərinin qiyabi məhkəmə icraatına yol verilmir,
məhkəmə icraatı çəkişmə prinsipi əsasında həyata keçirilir; cinayət – prosessual fəaliyyət daxilində
insan və vətəndaş hüquq və azadlıqlarını ləğv edən və ya məhdudlaşdıran, hakimlərin
müstəqilliyini və çəkişmə prinsipini pozan , sübutlara əvvəlcədən müəyyən hüquqi qüvvə verən
normativ hüquqi aktlar tətbiq edilə bilməz . Bu ən yüksək və birbaşa qüvvəyə malik olan Konstitusiya
, bu Cinayət Prosessual Məcəllə , bu da üç hakimin qərarı! Belə çıxır, hakimlər bir – biri ilə çəkişib ?
Axı, qərarda göstərildiyi kimi nə ittiham, nə də müdafiə tərəfi iclasda iştirak etməyib! Bakı
Apellyasiya Məhkəməsinin qərardan şikayət vermək müddətini konkret göstərmədən CPM-in 410 -cu
maddəsi ilə müəyyən etməyi tərəfin üzərinə qoyması da qeyri-prosessuallıqdan qaynaqlanır. Hüquq
təhsili olmayan şəxs CPM-i oxuyub müddəti müəyyən etməlidir? Ondansa, hakimlərin savadartırma
kurslarına göndərilməsi daha məntiqli olmazmı?
Fikrimizcə, Məhkəmə Hüquq Şurasının bu barədə fikirləşməyinə dəyər.
Məğrur Bədəlsoy
Teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.