Azərbaycanda 9 rayonun mərkəzi xəstəxanası diaqnostika mərkəzləri ilə birləşdirilir

26-08-2021, 09:26           
Azərbaycanda 9 rayonun mərkəzi xəstəxanası diaqnostika mərkəzləri ilə birləşdirilir
Azərbaycanda bir neçə rayonun mərkəzi xəstəxanası diaqnostika mərkəzləri ilə birləşdirilir.

“Report”un əldə etdiyi məlumata görə, 9 rayonun mərkəzi xəstəxanası həmin rayonlarda yerləşən diaqnostika mərkəzlərinin ona qoşulması yolu ilə yenidən təşkil olunur.

Belə ki, qeyd olunan tibb müəssisələri aşağıdakılardır:

- “Füzuli Rayon Mərkəzi Xəstəxanası” “Füzuli Müalicə Diaqnostika Mərkəzi”nin

- “Lənkəran Mərkəzi Rayon Xəstəxanası” “ Lənkəran Müalicə Diaqnostika Mərkəzi”nin,

- “Qazax Rayon Mərkəzi Xəstəxanası” “Qazax Müalicə Diaqnostika Mərkəzi”nin,

- “Qəbələ Rayon Mərkəzi Xəstəxanası” “Qəbələ Müalicə Diaqnostika Mərkəzi”nin,

- “Quba Rayon Mərkəzi Xəstəxanası” “Quba Müalicə Diaqnostika Mərkəzi”nin,

- “Şamaxı Rayon Mərkəzi Xəstəxanası” “Şamaxı Müalicə Diaqnostika Mərkəzi”nin,

- “Şirvan Rayon Mərkəzi Xəstəxanası” “Şirvan Müalicə Diaqnostika Mərkəzi”nin,

- “Zaqatala Rayon Mərkəzi Xəstəxanası” “Zaqatala Müalicə Diaqnostika Mərkəzi”nin,

- “Tovuz Rayon Mərkəzi Xəstəxanası” “Tovuz Müalicə Diaqnostika Mərkəzi”nin ona qoşulması ilə yenidən təşkil olunur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru