Ağstafada dövlət tenderlərini KİMLƏR UDUR? – SİYAHI, MƏBLƏĞLƏR

26-08-2021, 15:52           
Ağstafada dövlət tenderlərini KİMLƏR UDUR? –
2021-ci ilin yanvar ayından indiyə kimi Ağstafa rayonunda dövlət qurumları tərəfindən ümumi məbləği 1 milyon 378 min 853 manat məbləğində 18 tender keçirilib.

Qəbələdə dövlət tenderlərini - KİMLƏR UDUR? – SİYAHI, MƏBLƏĞLƏR
FED.az-ın məlumatına görə, İcra hakimiyyəti 9 tenderə 1 milyon 176 min 894 manat xərcləyib.

Ağstafa Rayon İcra Hakimiyyətinin keçirdiyi ən böyük tenderi "MEQA AN İNŞAAT" MMC şirkəti udub. Bele ki, "MEQA AN İNŞAAT" MMC ümumi dəyəri 1 163 min 284 manat olan 8 tenderin qalibi olub.

Ağstafa Şəhər Mənzil Kommunal Təsərrüfati Birliyi ümumi məbləği 30 min 680 manat olan 2 tender müsabiqəsi keçirib. Tenderlərin hər ikisinin qalibi “Ağstafa Bərpa” MMC olmuşdur.

Ağstafada dövlət satınalmalarının aktiv şirkətləri:

1. “MEQA AN İNŞAAT” MMC – 01.12.2009-cu ildə dövlət qeydiyatına alınıb, nizamnamə kapitalı 10 manatdır. Qanuni təmsilçisi Yaşar Aslanov İmamverdi oğludur.

2. “Orman AS” MMC - 12.05.2018-ci cu ildə dövlət qeydiyatına alınıb, nizamnamə kapitalı 10 manatdır. Qanuni təmsilçisi Elvin Yaqubəliyev Abdı oğludur.

3. "Stone Construction" QSC - 07.07.2008-ci cu ildə dövlət qeydiyatına alınıb, nizamnamə kapitalı 2 010 manatdır. Qanuni təmsilçisi Elman Hacızadə Xalid oğludur.














Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru