Təzə nazir də pis başlamayıb - dəftərxana mallarına milyon manat

26-08-2021, 15:59           
Təzə nazir də pis başlamayıb -
Mədəniyyət Nazirliyi nazirliyin struktur qurumlarına 2021-ci ildə dəftərxana və təsərrüfat mallarının satın alınması ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.

Ölkə.az-ın məlumatına görə, tenderin qalibi “Stone Construction” QSC olub. Qalib şirkətlə 891,314 min manat məbləğində satınalma müqaviləsi imzalanıb.

Qeyd edək ki, “Stone Construction” QSC 2008-ci ildə dövlət qeydiyyatına alınıb və qanuni təmsilçisi Hacızadə Elman Xalid oğludur. Nizamnamə kapitalı 2010 manat olan şirkətin hüquqi ünvanı Bakı şəhəri Nizami rayonu, Qara Qarayev pr, ev 29-dur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru