Poliklinikalar qarşısında basabas yaranıb - Vaksin növbələrinin FOTOLARI
27-08-2021, 14:34
Ötən həftə Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində sentyabrın 1-dən qapalı məkanlara daxil olmaq və bir çox sahələrdə fəaliyyət göstərmək üçün “COVID pasportu”nun tələb olunacağı diqqətə çatdırıldı. İşçilərinin COVID-19-a qarşı peyvənd olunması və ya immunitet sertifikatının tələb olunduğu iş və xidmət sahələrinin tam siyahısı açıqlandıqdan sonra əhali vaksin olunmaq məqsədilə poliklinikalara axın etməyə başladı.
Artıq sentyabrın 1-nə çox az vaxt qaldığına görə, vaksin pasportu almaq istəyən şəxslər xəstəxana və poliklinikaların qarşısında uzun növbələr yaradıb, bu da sıxlığa səbəb olub.
Modern.az xəbər verir ki, Bakıda və regionlarda müxtəlif tibb müəssisələrində çəkilən və istifadəçilər tərəfindən sosial şəbəkələrdə yayılan fotolarda sosial məsafənin qorunmadığı diqqəti cəlb edir.
Üstəlik vaksin olunmaq üçün tibb müəssisələrinin qarşısında növbəsini gözləyən insanların yaratdığı sıxlıqda maskadan istifadə etməyənlər də yoluxma riskini artırır.
Modern.az həmin fotoları təqdim edir: Bakıdakı 26 saylı polklinika Gəncədə xəstəxana...