Azərbaycanda hotellərə 6 ay vaxt verildi: bunu etməsələr, 5 min manat cərimələnəcəklər

1-03-2022, 11:48           
Azərbaycanda hotellərə 6 ay vaxt verildi: bunu etməsələr, 5 min manat cərimələnəcəklər
Prezident İlham Əliyev fevralın 18-də “Turizm haqqında” yeniqanunu təsdiq etdi. Yeni qanun hotellər, turizm şirkətləriqarşısında yeni vəzifə və öhdəliklər qoyur. Bu öhdəliklərdən biridə hotellərin ulduz təsnifatından keçmələri ilə bağlıdır.

Turizm üzrə ekspert Ceyhun Aşırov məsələ ilə bağlı Trend-əaçıqlamasında bildirib ki, bu gün Azərbaycanda fəaliyyət göstərənhotellərin böyük əksəriyyəti ulduz almayıb. O qeyd edib ki, əsasənböyük hotellər, xüsusilə də Bakıda fəaliyyət göstərən mehmanxanalarulduz təsnifatından keçib.

“Regionlarda isə hotellərin çoxunun ulduz təsnifatı yoxdur. Yeniqanun qüvvəyə mindikdən sonra hotellərə ulduz təsnifatından keçməküçün 6 ay vaxt veriblər. Qanunda nəzərdə tutulur ki, hotellər ulduzalmadan fəaliyyət göstərərlərsə və ya özlərini ulduz almış hotelkimi təqdim edərlərsə, cərimələnəcəklər".

Ekspert bildirib ki, əvvəl ulduzları Mədəniyyət və TurizmNazirliyi təqdim edirdi. O zaman verilən ulduzlar artıq qüvvədəndüşüb:

"O zaman ulduz alan və ya sonradan tikilən hotellər özləriniulduz almış hotellər kimi təqdim edirdilər. Xüsusilə də onlaynplatformalarda hotellər özlərinə ulduzlar qoyurdular. Bəzən əslində3 ulduz olan hotel özünü 4 ulduzlu kimi, 4 ulduzlu özünü 5 ulduzlukimi göstərirdi, yəni özlərini bazara şişirdilmiş formada təqdimedirdilər. Artıq hotellər ulduz təsnifatından keçməklə özreytinqlərini müəyyən etməlidirlər. Bunu etməyən hotellər üçün 2min manatdan 5 min manata qədər cərimə nəzərdə tutulub”, - deyəekspert əlavə edib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.