Bloomberg Agentliyinin iddiasına görə, çirkli pulların yuyulması ilə əlaqədə şübhəli bilinən azərbaycanlı siyasətçi Londonda 26,5 milyon funt-sterlinqə (34,5 milyon dollar və ya 58.3 milyon manat) iki dəbdəbəli iqamətgah alıb, məhz buna görə onun ailə üzvlərinin Böyük Britaniyadakı bank hesabları Krallıqda araşdırılıb və vəsaitləri dondurulub. Gundeminfo.az xəbər verir ki, bu barədə araşdırmaçı jurnalist Cavanşir Həsənli məlumat verib. Məlumata əsasən söhbət Milli Məclisin deputatı Cavanşir Feyziyevdən gedir. Qeyd olunur ki, Feyziyev 2019 və 2020-ci illərdə eksklüziv Chelsea Barracks kompleksindəki mənzilləri öz adına alıb.