Bu gömrük qapısı ÖZBAŞINA QALIB - BUNUN BAŞQA ADI YOXDUR...

10-11-2022, 09:28           
Bu gömrük qapısı ÖZBAŞINA QALIB -
Sədərək-Dilucu Gömrük-Keçid Məntəqəsində özbaşınalıq davam edir. DİA.AZ bildirir ki, bu barədə yayılan məlumatlarda qeyd olunur.

Onu da qeyd edək ki, neçə gündür sözügedən gömrük məntəqəsində sərhədi keçən hər vətəndaşdan 50 kq tərəvəz alınması tələb olunduğu haqda informasiyalar yayılmışdı. DİA.AZ bu xəbəri ayrı-ayrı qaynaqlara istinadən təqdim etmişdi.

İndi isə həmin qanunsuzluğu özündə əks etdirən videomaterial təqdim olunub:


Videonu göndərən vətəndaş maraqlı təklif irəli sürür:

"Naxçıvan gömrüyündə Türkiyəyə keçən hər vətəndaşdan 50 kq tərəvəz almağı tələb etmələri Dəli Domrulun körpüdən keçəndən 1 tümən, keçməyəndən 2 tümən istəməsinə bənzəyir. Elədirsə, DGK-nin (Dövlət Gömrük Komitəsi) adının əvvəlinə 1 D hərfi də əlavə etsinlər, olsun DDGK. Yəni Dəli Domrul Gömrük Komitəsi. Çünki Dövlət belə etməz. Dövlət adını öz çirkin əməllərinin üzərinə yapışdırmasınlar. Bunu ancaq Dəli Domrullar edər. Adını da mahiyyətinə uyğun qoysunlar, biz də işimizi bilək".

Məsələ ilə bağlı Teref.az olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru