Təhsil nazirliyi tədbirdə iştirak etməyən şəxslərə 20 manata sertifikat satıb - QALMAQAL

10-11-2022, 17:12           
Təhsil nazirliyi tədbirdə iştirak etməyən şəxslərə 20 manata sertifikat satıb - QALMAQAL
"Heç bir tədbirdə iştirak etməyib, vaxt itirməyib 20 manata beynəlxalq sertifikat aldım".

TEREF.AZ Gundem.az-a istinadən xəbər verir ki, bunu təhsil eksperti Kamran Əsədov bildirib. Ekspert "Facebook" hesabında aldığı sertifikatın fotosunu paylaşaraq bunları yazıb:

"Bax işin mahiyyəti budur, pul qazanmaq. Pul qazanmaq üçün bütün rəsmi qurumların adından istifadə edilir. Beynəlxalq sertifikatın əldə edilməsi bu qədər bəsit olmamalıdır.

Kimsə deməsin ki, iştirak könüllü idi, istəyən pul ödəyib sertifikat alırdı. Məsələ ondadır ki, dünyanın heç bir yerində beynəlxalq tədbirin sertifikatı iştirak etməyənə satılmır".













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru