Əlillər hər gün aşkar təhlükə ilə üz-üzədirlər... - NAZİRİN NƏZƏRİNƏ...

11-11-2022, 12:12           
Əlillər hər gün aşkar təhlükə ilə üz-üzədirlər... -
Əlilliyi olan şəxs: “Mən parka girmək üçün başına fırlanmalıyam, çünki ancaq orada pandus var. Demək olar ki, həyatını təhlükəyə atırsan. Çox vaxt dostlarımla gedəndə deyirlər, sən risk edirsən. Deyirəm ki, mən bu parka gəlib gəzmək üçün sizsiz də gələndə risk edirəm, sizlə də”

İsmayıl Cəlilov artıq uzun illərdir əlil arabasından istifadə edir. O, gün ərzində gedəcəyi yerlərdə pandusların olmamağına və ya düzgün quraşdırılmadığına görə bir neçə dəfə yolunu dəyişməli olur. Deyir ki, bu problemlər onun həyatına təhlükə yaradır, sərbəst hərəkətinə mane olur.

2012-ci ildə qəbul edilmiş “Gələcəyə baxış 2020” inkişaf konsepsiyasında əlilliyi olan şəxslərin cəmiyyətdən təcrid olunmasının qarşısının alınması və sosial infrastrukturdan maneəsiz istifadəsi üçün layihələrin həyata keçiriləcəyi qeyd edilirdi. Bəs bu hədəflərə nə dərəcədə nail olundu?

Daha ətraflı aşağıdakı videoda:













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.