Binəqədi rayonunda ciddi problemlər movcuddur.

14-05-2015, 17:14           
Binəqədi rayonunda ciddi problemlər movcuddur.
“Hesablama Palatası Binəqədi İcra Hakimiyyətində yolxlamalar aparır”. Bu barədə Bizimxeber.az-a etibarlı mənbələrdən məlumat daxil olub.
Məlumatda qeyd olunur ki, yuxarı instansiyalara rayondakı məlum problemlər və onların həlli zamanı yaranan əngəllər barədə xeyli sayda şikayət məktubu göndərilib. Eyni zamanda bu növ şikayətlərin mətbuatda ardıcıl olaraq işıqlandırılması vəziyyəti bi qədər də çətinləşdirib.
Bildirilir ki, Binəqədi rayonunda ciddi problemlər movcuddur. Rayona nəzarəti öz yaxın qohumlarına tapşıran Xaləddin İsgəndərov oğlunu bir qədər də irəli çəkib. İdarə müdirləri ilə icra başçısı kimi davranan oğulun bu hərəkəti ciddi problemlərə yol açır. Bir sözlə, Binəqədi rayonundan gələn şikayətlərin yerində araşdırılması və maliyyə qaynaqlarının incəliklə yoxlanması işinə start verilib.
Məlumatı təsdiqləmək üçün Binəqədi rayon İicra Hakimiyyəti ilə əlaqə saxlamaq cəhdlərimiz boşa çıxdı.
Mövzünü diqqətdə saxlayırıq.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.