Dünyanın ən populyar yutuberinin romanı 15 dildə dərc olunacaq

9-05-2025, 17:34           
Dünyanın ən populyar yutuberinin romanı 15 dildə dərc olunacaq
"YouTube" bloqeri "MrBeast" yazıçı Ceyms Patersonla birgə roman nəşr edəcək.

Oxu.Az xəbər verir ki, bu barədə "Deadline' məlumat yayıb.

"MrBeast"in debüt romanı olacaq kitabın adı hələ açıqlanmayıb.

Kitab 2026-cı ildə "HarperCollins" nəşriyyatında çap olunacaq. Roman portuqal, danimarka, fin, yapon, niderland və çex dilləri də daxil olmaqla, 15 dildə dərc ediləcək.

Əsər dünyanın müxtəlif təhlükəli yerlərində həyatda qalmaq və liderlik keyfiyyətlərini sübut etmək üçün mübarizə aparan 100 nəfərin iştirak etdiyi ekstremal yarışdan bəhs edəcək. Yalnız bir qalib bir milyard dollar qazanacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru