Alkoqol hansı dozada içildikdə sağlamlıq üçün təhlükə yaratmır? - Rusiyalı həkim miqdarı açıqladı

Dünən, 17:24           
Alkoqol hansı dozada içildikdə sağlamlıq üçün təhlükə yaratmır? - Rusiyalı həkim miqdarı açıqladı
"Alkoqolun təhlükəsiz dozası yoxdur, lakin "nisbətən təhlükəsiz" dozalarını hesablamaq lazımdır".

Bu barədə rusiyalı psixiatr və narkoloq Ruslan İsayev Gazeta.ru-ya müsahibəsində danışıb.

O bildirib ki, əgər insan alkoqol içməyə qərar verərsə, bunu ən azından minimal zərərlə necə edəcəyini bilməlidir. İsayevin sözlərinə görə, alkoqolun standart dozasına - 10 qram təmiz etanola diqqət yetirmək lazımdır.

"Bu, təxminən 100 ml quru şərab (12%), 250 ml pivə (4-5%), 30 ml tünd alkoqollu içkidir (araq, viski, konyak - 40%). Gün ərzində kişi üçün iki standart dozanı və qadın üçün bir dozanı aşmamaq tövsiyə olunur. Üstəlik, bu, hər gün olmamalıdır. Lakin hətta belə miqdarlar da təhlükəsizliyə zəmanət vermir, bu, sadəcə daha az risk deməkdir. Yavaş-yavaş için, içməmişdən əvvəl və içdiyiniz zamanı qida qəbul edin, şirin və qazlı qarışıqlardan çəkinin, çünki onlar spirtin udulmasını sürətləndirir", - deyə həkim qeyd edib.

"Əvvəllər tətbiq olunan yanaşmada "nisbətən təhlükəsiz" dozaların hesablanmasına çalışılırdı. Məsələn, gündə 10 qram təmiz spirt (təxminən 100 ml şərab və ya 250 ml pivəyə bərabərdir) məqbul hesab olunurdu. Ancaq bu tövsiyələr bu cür dozaların zərərsiz olmasına deyil, sadəcə fəsad risklərinin bu zaman daha az olmasına əsaslanırdı. Hazırda bu yanaşma köhnəlmiş hesab olunur: çoxsaylı meta-analizlər göstərib ki, hətta alkoqolun minimal dozaları belə patoloji proseslərə gətirib çıxara bilər. Buna görə müasir tibbdə "təhlükəsiz" istifadə haqqında deyil, zərərin azaldılması haqqında danışırlar", - deyə Ruslan İsayev qeyd edib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.